Xankəndində III MDB Oyunları zamanı polis əməkdaşları fasiləsiz xidməti davam etdirir
Hadisə
- 04 oktyabr, 2025
- 15:38

III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində keçirilən kamandan oxatma yarışı zamanı təhlükəsizliyin təmini məqsədi ilə DİN əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şəhərin əsas küçə və prospektlərində, idman obyektinin yerləşdiyi ərazidə ictimai asayişin qorunması, iştirakçıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi üçün fasiləsiz xidmət təşkil olunub.
Polis əməkdaşları tərəfindən oyunlara qatılan yerli və xarici idmançılarla yanaşı, qonaqların rahatlığını təmin etmək məqsədilə nəqliyyatın hərəkəti tənzimlənib, insanların sərbəst və təhlükəsiz gediş-gəlişinə şərait yaradılıb.

Xankəndində III MDB Oyunları zamanı polis əməkdaşları fasiləsiz xidməti davam etdirir

Son xəbərlər
17:36
Foto
Azərbaycanın cüdoçusu III MDB oyunlarında qızıl medal qazanıb - YENİLƏNİB-4
Fərdi17:35
Azərbaycan təmsilçisi: "III MDB Oyunlarında qazandığım medalı bacıma həsr edirəm"
Fərdi17:35
Foto
Cəbrayılda "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açılıb
Mədəniyyət17:32
Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlanıb
Biznes17:27
Bakı Ali Neft Məktəbi 36 Prezident təqaüdçüsü ilə lider və ölkə rekordçusu olub
Elm və təhsil17:24
Azərbaycanda sәhiyyә vә sosial xidmәtlәrdən ödәniş daxilolmaları 2,2 dəfə artıb
Maliyyə17:23
Kopenhagen görüşləri Azərbaycan Prezidentinin böyük nüfuzunun göstəricisidir - RƏY
Xarici siyasət17:21
Rusiya yığmasının baş məşqçisi: "Azərbaycan millisinə qarşı oyun çox ağır keçdi"
Futbol17:15