Xalq artisti Sərdar Fərəcovun vəziyyəti orta ağır olaraq qalır

Hadisə
  • 12 sentyabr, 2025
  • 11:21
Xalq artisti Sərdar Fərəcovun vəziyyəti orta ağır olaraq qalır

Xalq artisti Sərdar Fərəcovun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir.