Azərbaycan millisi Avropa çempionatının final mərhələsində növbəti oyununu keçirib

Futbol
  • 12 sentyabr, 2025
  • 13:49
Azərbaycan millisi Avropa çempionatının final mərhələsində növbəti oyununu keçirib

Azərbaycanın çimərlik futbolu millisi Avropa çempionatının final mərhələsində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda Litvaya 1:2 hesabı ilə uduzub.

Buna baxmayaraq, komanda yarımfinala vəsiqə qazanıb. Millinin heyətində Kamran Qürbətov fərqlənib. 

Qeyd edək ki, Azəbaycan millisi ilk görüşdə Belçikanı 5:4 hesabı ilə məğlub etmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti