Ucarda ödəmə terminalından pul oğurlayan şəxs tutuldu
Hadisə
- 22 fevral, 2021
- 06:25
Ucar şəhərində oğurluq hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə şəhərin mərkəzi hissəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs ödəmə terminalından 230 manat pul oğurlayıb.
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, 1994-cü il təvəllüdlü Tural Hüseynov saxlanılıb.
İlkin ifadə zamanı o, oğurluq hadisəsini törətdiyini etiraf edib. T.Hüseynovdan 230 manat pul maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupu “Report”a faktı təsdiqləyib.
Son xəbərlər
00:35
Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Futbol00:28
DÇ-2026: Belçika - Seneqal oyununda hesab açılıb - YENİLƏNİR
Futbol00:26
İranla ABŞ arasında operativ əlaqə kanalı yaradılır
Region00:20
Konqonun baş məşqçisi Sebastyen Desabr: "İngiltərə ilə matçda uğur qazanacağımıza inanırdıq"
Futbol00:12
Tomas Tuxel: "Qələbə qazanmağa layiq olduğumuz matçda çox əziyyət çəkdik"
Futbol00:03
Fransa parlamenti hərbi büdcənin 2030-cu ilə qədər artırılmasını təsdiqləyib
Digər ölkələr23:52
Suriya Hörmüz boğazına paralel dəniz yolu şəbəkəsi təklif edir
Digər ölkələr23:33
Video
Prezidentin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Xarici siyasət23:27