​Sumqayıtda minik avtomobili yanıb

Hadisə
  • 22 mart, 2015
  • 17:42
​Sumqayıtda minik avtomobili yanıb

Bakı. 22 mart. REPORT.AZ/ Sumqayıt şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb.

"Report" xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.