Sumqayıtda 43 yaşlı kişinin vurulan iynədən sonra öldüyü iddia olunur - YENİLƏNİB

Hadisə
  • 21 oktyabr, 2025
  • 16:23
Sumqayıtda 43 yaşlı kişinin vurulan iynədən sonra öldüyü iddia olunur - YENİLƏNİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri ərazisindən təcili çağırış daxil olub.

TƏBİB-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Qeyd olunub ki, təcili tibbi yardım briqadası 1983-cü il təvvəllüdlü kişiyə kəskin koronar sindrom, kardiogen şok diaqnozu qoyub və ilkin tibbi yardımın həyata keçirilməsinə baxmayaraq həkim yanında ölüm qeydə alınıb.

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Akif Abgül oğlu Baxşıyev qəfil dünyasını dəyişib.

""Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 41 "A" məhəlləsində baş verib.

A.Baxşıyev gecə saatlarında özünü pis hiss edərək mədə ağrılarından şikayətlənib. Ailə üzvləri onun vəziyyətinin pisləşdiyini görərək təcili tibbi yardıma müraciət ediblər.

Yaxınlarının iddiasına görə, A.Baxşıyev həkimlər tərəfindən iynə vurulduqdan az sonra ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti