Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanıldı
Hadisə
- 01 may, 2021
- 06:05
Aprelin 30-da Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Yenikənd və Burunqovaq kəndlərində yas mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvanlara gələrək yas mərasimini dayandırıb.
Mərasimi təşkil edən şəxslər RPŞ-yə gətirilib.
RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktik söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Son xəbərlər
13:35
Səfir: "Özbəkistan və Azərbaycan 10 milyard dollarlıq investisiya paketi formalaşdırır" - EKSKLÜZİV
Biznes13:28
Qazaxıstan Pakistana 108 milyon dollarlıq elektrikli avtobus tədarük edəcək
Digər ölkələr13:24
Çin Sədri və Rusiya Prezidenti danışıqlar aparacaq
Digər ölkələr13:24
AMB bütün əmanətlərin manatla yerləşdirilməsində maraqlı deyil
Maliyyə13:21
Joze Mourinyo norveçli futbolçunun İspaniya klubuna keçməsinə mane olub
Futbol13:18
Özbəkistan və Azərbaycan Biznesmenlər Şurasının yaradılması üzərində işləyir - EKSKLÜZİV
Biznes13:12
Azərbaycanda müxtəlif amillərin inflyasiyaya təsir gücü açıqlanıb
Maliyyə13:11
Foto
Azərbaycanla İƏİT tərəfdaşlığının prioritet istiqamətləri müzakirə edilib
Biznes13:08