Salyanda 62 yaşlı kişi böyürtkən yığarkən ağır xəsarət alıb - YENİLƏNİB
- 12 sentyabr, 2025
- 23:02

TƏBİB qırma xəsarəti alan şəxsin vəziyyəti barədə məlumat yayıb.
Qurumdan "Report"a verilən məlumata görə, 12.09.2025-ci il tarixində saat 18:10 radələrində 1963-cü il təvəllüdlü şəxs (kişi cinsli) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Sol göz, sağ çiyin, sağ budun yuxarı 1/3 hissəsinin, sol əlin yaraları diaqnozu ilə ona zəruri tibbi xidmətlər göstərilib.
Hazırda cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Salyanda kişiyə ehtiyatsızlıqdan qırma dəyib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Tağıyev İskəndər Adışırin oğlu bədənini müxtəlif yerlərində güllə seçmə yaraları ilə Salyan Rayon Mərkəzinə müraciət edib.
Ona ilkin yardım göstərilib və evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.