Salyanda avtomobilin kanala aşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Hadisə
- 31 avqust, 2025
- 11:37

Salyanda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Dayıkənd kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində rayonun Arbatan kənd sakinləri - 1991-ci il təvəllüdlü Rüstəmov Həsən Rafət oğlu, 1976-cı il təvəllüdlü Məhərrəmov Taleh Əkbər oğlu; Salyan şəhər sakinləri - 2006-cı il təvəllüdlü Yaqubova Lalə Fikrət qızı, 2023-cü il təvəllüdlü Əhmədov Miryusif Mirəli oğlu, 1958-ci il təvəllüdlü Yaqubova Bəsirə Sabir qızı və Yaqubova Xalidə Sabir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan Xalidə Yaqubovanın həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
21:46
"İmişli" klubunun rəhbərliyi və futbolçuları azarkeşlərlə görüşəcək
Futbol21:43
Slovakiyanın Baş naziri Zelenski ilə görüşəcək
Digər ölkələr21:39
Səfir: Pakistan-Azərbaycan qardaşlığı arasında heç nə ola bilməz
Xarici siyasət21:25
Kobaxidze: QHT-lər dövlət əleyhinə fəaliyyət göstəriblər, hər kəs istintaqla əməkdaşlıq etməlidir
Region21:17
Kaya Kallas İranı AEBA ilə tam əməkdaşlığa çağırır
Digər ölkələr21:05
Misirin Baş naziri: İsrail Qəzza ilə bağlı son təklifi qəbul etməlidir
Digər ölkələr21:03
Ermənistan XİN ŞƏT-ə üzv olmaq üçün müraciətinin bloklanması ilə bağlı şayiələri şərh etməyib
Region21:01
Gürcüstan millisinin üzvü La Liqa klubuna transfer olunub
Futbol21:01