Salyanda 22 yaşlı gənc bıçaqlanıb
Hadisə
- 27 fevral, 2017
- 17:24
Salyan. 27 fevral. REPORT.AZ/ Axşam saatlarında Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, Yenikənddə qeydə alınan hadisə zamanı 22 yaşlı kənd sakini Bayram Hümmət oğlu Şikarov münaqişə zəminində iki bıçaq zərbəsi alıb.
Zərərçəkən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq Cərrahiyyə şöbəsində əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır.
Hazırda Bayram Şikarovu vuran şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.
Son xəbərlər
23:56
Ədən körfəzində neft tankerinə hücum edilib
Digər ölkələr23:32
Klaas Knot Avropa Mərkəzi Bankının prezidenti ola bilər
Digər ölkələr23:18
Tbilisi-Bakı qatarı gecikmə ilə yola düşüb
İnfrastruktur23:09
Pezeşkian: ABŞ ilə İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi
Region23:08
Foto
Video
Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub olub - YENİLƏNİB-6
Futbol22:41
İspaniya və Ekvador narkotik şəbəkəsinə qarşı ən böyük əməliyyat keçirib
Digər ölkələr22:31
Bakıda məscid ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə22:18
Qəribabadi: ABŞ öz öhdəliklərini yerinə yetirməyə hazırdır
Region21:39