Sabunçuda evdən 8 min dollarlıq qızıl oğurlayan şəxs saxlanılıb
Hadisə
- 16 dekabr, 2025
- 13:04
Bakının Sabunçu rayonunda evdən 8 min dollarlıq qızıl oğurlayan şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən 8 min dollar dəyərində qızıl-zinət əşyasının naməlum şəraitdə talanmasını bildirib. Əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən M.Vəlizadə müəyyən edilərək saxlanılıb.
Sözügedən ərazində daha bir nəfərə məxsus qarajdan 1500 manat dəyərində naqil, Nizami rayonundakı yarımtikililərin birindən 2915 manatlıq təmir alətləri oğurlamaqda şübhəli bilinən R.Məmmədov və E.Məmmədov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
19:39
Bakının iki rayonunun bəzi ərazilərində qaz kəsiləcək
Energetika19:35
Azərbaycanla Türkiyə ümumi və peşə təhsili üzrə əməkdaşlığı müzakirə edib
Elm və təhsil19:32
Tramp: ABŞ Qrenlandiya üçün güc tətbiq etməyəcək, lakin lazım olsa, bizi heç nə dayandıra bilməz
Digər ölkələr19:29
Suriyada silahlılar hökumət qüvvələrinə hücum ediblər, ölənlər və yaralananlar var
Digər ölkələr19:29
"Microsoft": Azərbaycanda süni intellektdən istifadə səviyyəsi 15,5 %-ə yüksəlib
İKT19:19
Türkiyədə 4,5 maqnitudalı zəlzələ olub
Region19:16
Tramp: ABŞ-nin dünyanı qorumaq üçün Qrenlandiyaya ehtiyacı var
Digər ölkələr19:01
"Bakı Metropoliteni" ilk "Dayanıqlılıq Hesabatı"nı hazırlayıb
İnfrastruktur18:58