Almaniya, Fransa və Böyük Britaniya İranı hədələyiblər

Digər
  • 02 mart, 2026
  • 01:14
Almaniya, Fransa və Böyük Britaniya İranı hədələyiblər

Almaniya, Fransa və Britaniya liderləri İranı Yaxın Şərqdəki müttəfiqlərinə hücum etməyə davam edəcəyi təqdirdə hərbi əməliyyatlarla hədələyiblər.

"Report" xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti tərəfindən yayılan "Avropa üçlüyünün" dövlət və hökumət başçılarının birgə bəyanatında bildirilib.

"Biz İranı hücumlarını dərhal dayandırmağa çağırırıq, öz maraqlarımızı və regiondakı müttəfiqlərimizin maraqlarını qorumaq üçün lazımi tədbirləri görəcəyik. Buraya potensial olaraq, zərurət yarandıqda, İranın raket və dronları birbaşa mənbəyinə atmaq qabiliyyətinin qarşısını almaq üçün mütənasib hərbi müdafiə tədbirlərinin görülməsi ehtimalı da daxil ola bilər. Biz bu məsələdə ABŞ və onun regiondakı müttəfiqləri ilə əməkdaşlıq etmək barədə razılığa gəldik", - deyə bəyanatda bildirilib.

"Aİ3" liderləri İranın bölgədəki hədəflərə, o cümlədən ABŞ və İsrailin ilkin hərbi əməliyyatlarında iştirak etməyən bəzi ərazilərə raket zərbələrindən şoka düşdüklərini bildiriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti