Qaxda ev yanaraq külə dönüb
Hadisə
- 26 avqust, 2020
- 22:17
Bu gecə Qax rayonunda yanğın hadisəsi baş verib.
“Report”un Şimal-Qərb bürosunun məlumatına görə, hadisə Qax şəhər sakini İsayev İsa Camal oğlunun yaşadığı evdə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Nəticədə ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Ətrafdakı tikililər yanğından mühafizə olunub.
Ev sahibinin sözlərinə görə, müvəqqəti yaşadıqları ev taxtadan tikilib və hər kəsin "Finski Ev" adlandırdığı evlərdəndir.
Yanğın zamanı ailə üzvlərindən evdə heç kim olmayıb. Onlar dünən ev əşyalarını da yığaraq yeni tikdikləri evə köçüblər. Faktla bağlı araşdırma aparılır.
Qaxda ev yanaraq külə dönüb
Son xəbərlər
23:18
Tbilisi-Bakı qatarı gecikmə ilə yola düşüb
İnfrastruktur23:09
Pezeşkian: ABŞ ilə İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi
Region23:08
Foto
Video
Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub olub - YENİLƏNİB-6
Futbol22:41
İspaniya və Ekvador narkotik şəbəkəsinə qarşı ən böyük əməliyyat keçirib
Digər ölkələr22:31
Bakıda məscid ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə22:18
Qəribabadi: ABŞ öz öhdəliklərini yerinə yetirməyə hazırdır
Region21:39
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
Maliyyə21:26
Ermənistan hakimiyyəti 2032-ci ilədək hökumət proqramının müzakirəsinə başlayıb
Region21:19