Prokurorluğa qəbulla bağlı müsabiqənin yazılı imtahanın vaxtı məlum olub
- 03 noyabr, 2025
- 15:33
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi vaxtı məlum olub.
Bu barədə "Report"a BAş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cari ildə Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin test imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün yazılı imtahan mərhələsi 14 noyabr 2025-ci il tarixdə saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda (Bakı ş. Yasamal r. Ayna Sultanova küçəsi 5) keçiriləcək.
Namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana azı 1 saat qalmış imtahan keçiriləcək binanın qarşısında olmalı və "Yazılı imtahana buraxılış vərəqəsi" ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
İmtahanın keçirilməsi qaydalarına dair məlumat "Yaddaş kitabçası"nda əks etdirilib.
Namizədlər "Yazılı imtahana buraxılış vərəqəsi" və "Yaddaş kitabçası"nı Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə özünün şəxsi kabinetinə daxil olub çap etməlidirlər.