II Qareginin qardaşı bir ay müddətinə həbs edilib - YENİLƏNİB

Region
  • 03 noyabr, 2025
  • 16:53
II Qareginin qardaşı bir ay müddətinə həbs edilib - YENİLƏNİB

Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan bir ay müddətinə həbs edilib.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu vəkil Ara Zoqrabyan bildirib.

Hazırda məhkəmə onun oğlu Ambartsum Nersisyanın həbsi ilə bağlı vəsatətə baxır.

Məlumata görə, onların hər ikisi xuliqanlıq və seçkiqabağı təşviqat kampaniyasına mane olmaqda ittiham olunurlar.

Ermənistan İstintaq Komitəsi Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsinə bütün ermənilərin Katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambarsum Nersisyanın həbsi ilə bağlı müraciət edib.

"Report" Ermənistan KİV-inə xəbər verir ki, bunu vəkil Ara Zohrabyan sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları cinayət təqibi haqqında qərarı yalnız bir nəfərin ifadəsi əsasında qəbul edib: "Nersisyanların özlərinin ifadələri və təqdim olunmuş videomateriallar nəzərə alınmayıb. Ancaq bunlar iş üçün həlledici əhəmiyyət daşıya bilərdi".

Məlumata görə, "Respublika" partiyasının üzvü Arutyun Mkrtçyan onların hər ikisini xuliqanlıq və təşviqat kampaniyasına mane olmaqda ittiham edib.

Son xəbərlər

Bütün Xəbər Lenti