Prokuror Karen Avanesyana 18 il həbs cəzası istəyib
Hadisə
- 22 dekabr, 2025
- 17:33
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsində dövlət ittihamçısı ona 18 il həbs cəzası istəyib.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə Karen Avanesyanın növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmə zamanı hadisə şahidlərinin ifadələri dinlənilib. Həmçinin istintaq zamanı Avanesyanın hadisə baş verdiyi ərazidə dindirildiyi kadrlar nümayiş etdirilib.
Çıxış edən dövlət ittihamçısı törətdiyi əməllərə görə Avanesyanın təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin olunub.
Son xəbərlər
19:21
Məşhur britaniyalı müğənni Kris Ri vəfat edib
Şou-biznes19:08
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında təxirə salınmış iki oyun keçirilib
Komanda18:58
"Bavariya" 17 yaşlı futbolçu ilə müqavilə imzalamaq üçün razılığa gəlib
Futbol18:56
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Xarici siyasət18:55
Paşinyan: Ermənistan ABŞ ilə TRIPP üzrə konstruktiv danışıqlar aparır
Xarici siyasət18:47
WUF13 regionun dayanıqlı inkişafına və qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək - RƏY
Xarici siyasət18:40
Paşinyan: Bakı və İrəvan arasında sülh Rusiya ilə münasibətlər üçün yeni imkanlar açacaq
Xarici siyasət18:39
Naxçıvan Ali Məclisinin növbəti iclasının gündəliyi açıqlanıb
Maliyyə18:24