Paşinyan: Bakı və İrəvan arasında sülh Rusiya ilə münasibətlər üçün yeni imkanlar açacaq

Xarici siyasət
  • 22 dekabr, 2025
  • 18:40
Paşinyan: Bakı və İrəvan arasında sülh Rusiya ilə münasibətlər üçün yeni imkanlar açacaq

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Rusiya ilə münasibətlərin inkişafı üçün yeni imkanlar açacaq.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə bildirib.

"Biz 8 avqustdan sonra (Vaşinqton sammiti – red.) telefon danışığımızda qeyd etmişdik, əldə olunmuş sülh Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yeni imkanlar açır. Bu, artıq baş verib, çünki qatarlar Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzitlə gəlməyə başlayıb", – Paşinyan deyib.

Öz növbəsində, Putin qeyd edib ki, Moskva və İrəvan arasında münasibətlər inkişaf edir, qarşılıqlı ticarət dövriyyəsi göstəriciləri isə təshih edilib. O, həmçinin atom enerjisi sahəsində layihələr də daxil olmaqla, energetika sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti