Müalicə müəssisəsində olan məhkumun yanına gələn arvadından narkotik aşkarlanıb
Hadisə
- 30 sentyabr, 2025
- 10:22

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məhkumla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşının əşyalarına baxış keçirilən zaman əl çantasının içərisindəki pul qabında gizlədilmiş bükülüdə 0,553 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Son xəbərlər
05:11
Foto
Peruda "Azərbaycanı kəşf et" adlı fotosərgi açılıb
Xarici siyasət04:42
"Kiss" qrupunun məşhur solisti vəfat edib
Şou-biznes04:13
Aİ Şurası və Avropa Parlamenti müdafiə investisiyalarına dair ilkin razılığa gəlib
Digər ölkələr04:10
Trampın keçmiş köməkçisinin nədə ittiham olunduğu açıqlanıb - YENİLƏNİB
Digər ölkələr03:40
Tramp: ABŞ HƏMAS-a qarşı əməliyyatlarda birbaşa iştirak etməyəcək
Digər ölkələr03:15
Ermənistanda fəlakət: azərbaycanlıların geri qayıtması yeganə həll yoludur - XRONİKA
Daxili siyasət02:57
ABŞ Prezidenti: Alyaska sammiti Putinlə yeni görüşə şərait yaradıb
Digər ölkələr02:33
Qızılın qiyməti durmadan artır
Maliyyə02:16