Bakıda 71 kiloqram tiryək aşkarlanıb, 3 nəfər saxlanılıb

Hadisə
  • 04 may, 2026
  • 12:08
Bakıda 71 kiloqram tiryək aşkarlanıb, 3 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatı zamanı 71 kq narkotik vasitə və 13 min ədəd həb aşkarlanıb.

Bu barədə "Report"a DİN-dən məlumat verilib.

Qeyd edilib ki, idarənin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

Paytaxt ərazisində keçirilən tədbirlər zamanı Cavid Zamanov, Ehtiram Abdullayev və İlkin Baxşıyev saxlanılıblar. Onlardan 71 kq tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 13 min ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə narkokuryerlik etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.