Ermənistan Xorvatiya ilə strateji dialoq haqqında sənəd imzalayıb
- 04 may, 2026
- 13:37
Ermənistanın Baş naziri Nikol Paşinyan xorvatiyalı həmkarı Andrey Plenkoviçlə iki ölkə arasında strateji dialoq haqqında sənəd imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Biz Ermənistan-Xorvatiya əməkdaşlığını yeni səviyyəyə qaldırmağa və əsas istiqamətlər üzrə, o cümlədən Ermənistanla Avropa İttifaqının tərəfdaşlığı çərçivəsində qarşılıqlı fəaliyyəti genişləndirməyə hazırıq", - o yazıb.
With @AndrejPlenkovic, we signed Armenia–Croatia Strategic Dialogue, marking landmark development in advancing our bilateral ties.
— Nikol Pashinyan (@NikolPashinyan) May 4, 2026
We stand ready to further elevate 🇦🇲-🇭🇷 cooperation to new level & expand engagement across key areas, including within 🇦🇲-🇪🇺 partnership. pic.twitter.com/htx1MJ9xnE