Ötən ay 7 min hektardan çox ərazi minalardan təmizlənib
Hadisə
- 03 noyabr, 2025
- 14:26
Azad olunan ərazilərdə oktyabr ayında 364 tank əleyhinə mina, 406 piyada əleyhinə mina, 12 298 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.
Məlumata əsasən, 7 022 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
Son xəbərlər
20:11
Ermənistan parlamentinin sədri seçkilərdə namizədliyini açıqlayıb
Region20:04
Foto
Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş konsert keçirilib
Digər19:56
Nepalda qar uçqunu nəticəsində həlak olan alpinistlərin sayı yeddi nəfərə çatıb - YENİLƏNİB
Digər ölkələr19:52
"Beşiktaş"dan ayrılan futbolçu "Arsenal"ın məşqlərinə qatılır
Futbol19:51
"Amazon" və "OpenAI" 38 milyard dollarlıq müqavilə imzalayıblar
İKT19:50
Foto
Azərbaycan və Rumıniya media sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəlib
Media19:45
Ərdoğan: Türkiyə ordusunun istifadəsinə daha 250 "Altay" tankını verməyi planlaşdırırıq
Region19:41
Video
Ukrayna Hərbi Dəniz Qüvvələri "Sivaş" qazma qurğusunu vurub
Digər ölkələr19:26