Masallı sakinini kafedə döyüb pulunu əlindən aldılar
Hadisə
- 09 aprel, 2021
- 08:17
Masallı rayonunda quldurluq hadisəsi olub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinə müraciət edən əvvəllər məhkum olunmuş R.Nəcəfov aprelin 7-də Sərçuvar kəndi ərazisindəki kafedə naməlum şəxslərin onu döyərək baş nahiyəsinə şüşə qabla xəsarət yetirib, 1 870 manat pulunu aldıqlarını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xıl kənd sakinləri H.Hüseynov və R.Nurəliyev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
Son xəbərlər
05:21
Livan ordusu Beyrutun mərkəzinə nəzarəti bərpa edib
Region05:11
DÇ-2026: İspaniyanın Uruqvayla matçda üstünlüyü davam edir - YENİLƏNİR-3
Futbol05:10
DÇ-2026: Kabo Verde - Səudiyyə Ərəbistanı oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Futbol04:47
Dünya çempionu Peti bütün medallarını itirib
Futbol04:16
Qrem Arnold: "İraq yığmasının dünya çempionatına vəsiqə qazanması möcüzə idi"
Futbol04:16
Texasda rançodan qaçan zürafə iki həftədir tapılmır
Maraqlı03:54
Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"
Futbol03:41
ABŞ təyyarəsi İrana zərbələrdən sonra Fars körfəzində patrul xidməti həyata keçirir
Region03:41