"Mançester Siti"nin futbolçusu Diaşın evi qarət edilib

Hadisə
  • 31 yanvar, 2026
  • 00:19
Mançester Sitinin futbolçusu Diaşın evi qarət edilib

İngiltərənin "Mançester Siti" futbol klubunun portuqaliyalı müdafiəçisi Ruben Diaşın evi Çempionlar Liqasının ümumi mərhələsinin "Qalatasaray"a qarşı oyun zamanı qarət edilib.

"Report" xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Mənbənin məlumatına görə, qarət zamanı evdə heç kim olmayıb, cinayətkarlar bir neçə əşyanı oğurlayıblar. Polislərin artıq araşdırmaya başladığı, klubun isə futbolçuya bütün lazımi yardımı göstərməyə hazır olduğu qeyd olunub.

Ruben Diaş 28 yaşındadır, o, 2020-ci ilin payızından "Mançester Siti"də çıxış edir. Müdafiəçi komanda ilə 247 matçda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə verib. Müdafiəçi klubla birlikdə İngiltərə çempionatında dörd dəfə qalib gəlib, həmçinin bir dəfə ölkə kubokunu və Superkubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və dünya klub çempionatını qazanıb.

Xatırladaq ki, "Qalatasaray"a qarşı oyun yanvarın 28-də keçirilib və "Mançester Siti"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Diaş yanvarın əvvəlində aldığı zədə səbəbindən oyunu buraxıb.

Son xəbərlər

Bütün Xəbər Lenti