Mahir Abbasov: Qiyabi icraatla bağlı dünya təcrübəsindən istifadə edilir

Hadisə
  • 18 sentyabr, 2025
  • 12:02
Mahir Abbasov: Qiyabi icraatla bağlı dünya təcrübəsindən istifadə edilir
Mahir Abbasov

Baş Prokurorluq qiyabi icraatla bağlı dünya təcrübəsindən istifadə edir.

"Report" xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov sosial şəbəkədə canlı yayımda deyib.

O bildirib ki, qiyabi icraatla bağlı 5 il əvvəl istintaqın aparılması özləri üçün də təəccüblü gəlib:

"Çünki düşünürdük ki, təqsirləndirilən şəxsin müdafiə hüquqları pozula bilər. Lakin biz dünya təcrübəsindən yararlanaraq qiyabi icraatla bağlı işlər aparmağa başladıq. Bunun üçün ilk olaraq təqisrləndirilən şəxs barəsində axtarış olmalıdır. Daha sonra kütləvi informasiya vasitələri ilə həmin şəxsin könüllü olaraq istintaqa gəlməsi elan edilmədir. Əgər şəxs yenə də istintaqa könüllü gəlmirsə, onun barəsində istintaq qiyabi icraatla baxılır. Təbii ki, bura da onun bütün müdafiə hüququ qorunur".

Son xəbərlər

Bütün Xəbər Lenti