İtkin-şəhid Rauf Əhmədov Goranboyda dəfn edilib - YENİLƏNİB

Hadisə
  • 03 iyul, 2026
  • 13:22
İtkin-şəhid Rauf Əhmədov Goranboyda dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Rauf Əhmədovla Goranboy rayonunun Sarov kəndində dəfn mərasimi keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, şəhidin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha sonra şəhidin nəşinin qalıqları Sarov kənd qəbiristanlığında torpağa tapşırılıb.

Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Rauf Əhmədovla Goranboy rayonunun Sarov kəndində vida mərasimi keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, şəhidin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

R.Əhmədov doğulduğu Goranboy rayonunun Sarov kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid Rauf Əhmədov 1969-cu ildə anadan olub. Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya qatılıb. Onun döyüş yolu Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərindən keçib. Onun erməni işğalçılarına qarşı sonuncusu döyüşü 1993-cü ildə Ağdərə istiqamətində olub. Rauf Əhmədov elə orada itkin düşüb. İtkin düşən zaman şəhidin 24 yaşı olub.