İsmayıllıda çayxanada şənlik təşkil edənlər cərimələnib
Hadisə
- 11 aprel, 2021
- 09:22
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı rayonun Topçu kəndində yerləşən çayxanada insanların kütləvi iştirakı ilə şənlik təşkil edildiyi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, həmin obyektə baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar olunub.
Polislər tərəfindən həmin şənliyin keçirilməsinin qarşısı alınıb, orada iştirak edənlər və icarədar Vasif Cəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Karantin qaydalarını pozan Vasif Cəbiyevə ciddi xəbərdarlıq olunub.
Son xəbərlər
03:55
Le Pen: Məhkəmənin qərarı Fransadakı demokratik proseslərə təsir göstərə bilər
Digər ölkələr03:41
Qustavo Alfaro: "Fransa kimi rəqibə qarşı edilən bir səhv matçın taleyini həll etdi"
Futbol03:32
Didye Deşam: "Cənubi Amerika təmsilçilərinə qarşı oynamaq həmişə çətindir"
Futbol03:27
Video
AFAD əməkdaşları Venesuelada ordenə layiq görülüblər
Region03:25
Meksika – İngiltərə matçı üçün misli görünməmiş təhlükəsizlik tədbirləri hazırlanıb
Futbol03:13
Paraqvayın qapıçısı Orlando Hil Fransa ilə oyunun ən yaxşısı adına layiq görülüb
Futbol03:04
DÇ-2026: Fransa Paraqvayı məğlub edərək növbəti 1/4 finalçı olub - YENİLƏNİB-4
Futbol03:00
Azərbaycanlı deputatlar ATƏT PA-nın illik sessiyasına qatılıblar
Xarici siyasət02:30