DÇ-2026: Fransa Paraqvayı məğlub edərək növbəti 1/4 finalçı olub - YENİLƏNİB-4

Futbol
  • 05 iyul, 2026
  • 03:04
DÇ-2026: Fransa Paraqvayı məğlub edərək növbəti 1/4 finalçı olub - YENİLƏNİB-4

Futbol üzrə dünya çempionatında Fransa Paraqvayı məğlub edib.

"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar minimal hesabla (1:0) qələbə qazanıblar- 1:0.

Kobud oyuna görə təyin olunan penaltini 70-ci dəqiqədə Kilian Mbappe qola çevirib.

Bu qələbə sayəsində 1/4 finala yüksələn Fransanın rəqibi Mərakeş millisi olacaq.

Futbol üzrə dünya çempionatının Paraqvay - Fransa oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.

70-ci dəqiqədə Kilian Mbappe penalti zərbəsini dəqiq yerinə yetirib.

Futbol üzrə dünya çempionatının Paraqvay - Fransa oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən 1/8 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.

Qarşılaşmanı özbəkistanlı FIFA referisi İlgiz Tantaşev idarə edir.

Futbol üzrə dünya çempionatının Paraqvay - Fransa oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən 1/8 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.

Qarşılaşmanı özbəkistanlı FIFA referisi İlgiz Tantaşev idarə edir.

Futbol üzrə dünya çempionatının Paraqvay - Fransa oyunu başlayıb.

"Report"un məlumatına görə, 1/8 final mərhələsinin matçı Filadelfiya stadionunda keçirilir.

Qarşılaşmanı özbəkistanlı FIFA referisi İlgiz Tantaşev idarə edir.