İmişlidə toyda zəhərlənmə şübhəsi ilə xəstəxanaya daha 10 nəfər müraciət edib

Hadisə
  • 25 sentyabr, 2025
  • 21:07
İmişlidə toyda zəhərlənmə şübhəsi ilə xəstəxanaya daha 10 nəfər müraciət edib

İmişli rayonunda toyda zəhərlənmə şübhəsi ilə xəstəxanaya daha 10 nəfər müraciət edib.

"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 69 nəfər (8-i uşaq olmaqla 32-si kişi, 4-ü uşaq olmaqla 37-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 37 nəfər (18-i qadın, 19-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər 28 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti