Hacıqabulda avtomobil dəmir lövhəyə çırpılıb, ölən var
Hadisə
- 31 avqust, 2020
- 20:50
Hacıqabul rayonunda yol qəzası baş verib, ölən var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Navahı kəndindən keçən hissəsində qeydə alınıb.
Beləki, “VAZ 2106” markalı avtomobilin sürücüsü Sabirabad rayon Qaragünə kənd sakini, 1991-ci il təvəllüdlü Qaytaranov Orxan Yaşar oğlu həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib.Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı dəmir lövhəyə çırpılıb. Hadisə zamanı sürücü hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə FHN-nin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə İdarəsinin xüsusi riskli xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub. Sürücünün meyidi avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.
Hacıqabulda avtomobil dəmir lövhəyə çırpılıb, ölən var
Son xəbərlər
13:21
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Ekologiya13:20
Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlanıb
Hadisə13:20
Cari mövsüm "Qarabağ"ın oyununu idarə etmiş Roman Jitari bu dəfə "Zirə"nin matçına təyinat alıb
Futbol13:20
Azərbaycandakı bankların nizamnamə kapitalının məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə13:15
ABŞ İranın Buşehr və Hörmüzqan əyalətlərinə zərbələr endirib
Digər ölkələr13:08
Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Region13:02
Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başlayıb
Biznes13:00
Azərbaycandakı bankların balans kapitalının məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə12:48