Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlanıb

Hadisə
  • 18 iyul, 2026
  • 13:20
Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlanıb

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 14 tüfəng və 5 patron aşkar edilərək götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa, narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.