Göyçay sakini qardaşını bıçaqlayıb

Hadisə
  • 05 aprel, 2021
  • 05:47
Göyçay sakini qardaşını bıçaqlayıb

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1974-cü il təvəllüdlü Soltanov Natiq Mövsüm oğlu aralarında yaranmış münaqişə zəminində qardaşı, 1981-ci il təvəllüdlü Soltanov Ramin Mövsüm oğluna bel nahiyəsindən 2 bıçaq xəsarəti yetirib.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti