DÇ-2026: Qətər İsveçrə ilə matçda məğlubiyyətdən son dəqiqələrdə qaçıb - YENİLƏNİB-4
- 14 iyun, 2026
- 01:05
Futbol üzrə dünya çempionatında İsveçrə Qətərlə qarşılaşıb.
"Report" xəbər verir ki, "San Francisco Bay Area" stadionunda keçirilən B qrupunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.
Hesabı 17-ci dəqiqədə avropalılar açıblar. Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirib. Qətər yalnız 90+4-cü dəqiqədə Bualem Kuxinin qolu ilə məğlubiyyətdən xilas olub.
Qeyd edək ki, bu qrupun Kanada - Bosniya və Herseqovina oyunu da 1:1 hesabı ilə yekunlaşıb.
Futbol üzrə dünya çempionatının Qətər - İsveçrə oyununda ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, "San Francisco Bay Area" stadionunda keçirilən B qrupunun matçında avropalılar 1:0 hesabı ilə öndədirlər.
Qarşılaşmanı honduraslı FIFA referisi Said Martines idarə edir.
Futbol üzrə dünya çempionatının Qətər - İsveçrə oyununda ilk hissə yekunlaşıb.
"Report" xəbər verir ki, "San Francisco Bay Area" stadionunda keçirilən B qrupunun matçında avropalılar fasiləyə 1:0 hesabı ilə üstün yollanıblar.
Qarşılaşmanı honduraslı FIFA referisi Said Martines idarə edir.
Futbol üzrə dünya çempionatının Qətər - İsveçrə oyununda hesab açılıb.
"Report" xəbər verir ki, "San Francisco Bay Area" stadionunda keçirilən B qrupunun matçında avropalılar hesabda irəli çıxıblar.
17-ci dəqiqədə Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirib.
Futbol üzrə dünya çempionatının Qətər - İsveçrə oyunu start götürüb.
"Report" xəbər verir ki, B qrupunun matçı "San Francisco Bay Area" stadionunda keçirilir.
Qarşılaşmanı honduraslı FIFA referisi Said Martines idarə edir.