Gəncədə Aprel döyüşlərinin iştirakçısı ərinin davranışlarına görə intihara cəhd edib
Hadisə
- 01 avqust, 2022
- 16:06
Gəncədə Aprel döyüşlərinin iştirakçısı, 1991-ci il təvəllüdlü Firuzə Zeynalova həyat yoldaşının davranışlarına görə intihara cəhd edib.
"Report"un əldə etdiyi məlumata görə, o, ərinin Vətən müharibəsi iştirakçısı, II qrup əlil, 1987-ci il təvəllüdlü Aslan Zeynalovun kobud rəftarına görə bu addımı atıb.
O, həyat yoldaşının onu əsassız, qanunsuz işlərə təhrik etməklə dələduzluq etməyə məcbur etdiyini və bundan bezdiyi üçün başqa çıxış yolu olmadığını bildirib.
İntihar cəhdinin qarşısı alınıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Firuzə Zeynalovanın intihara cəhd etməsi faktı ilə bağlı hazırda Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
05:32
Albaniya İraq Kürdüstan Regionu ilə əməkdaşlıq etmək istəyir
Digər ölkələr05:23
DÇ-2026: ABŞ - Belçika oyununda dördüncü qol vurulub - YENİLƏNİR-6
Futbol05:03
Barak Ravid: SEPAH Hörmüz boğazında gəmiləri raket atəşinə tutub
Region04:43
Baş məşqçi Roberto Martines Portuqaliya millisindən ayrılıb
Futbol04:38
Malatyadakı silahlı insidentlərdə yaralananlar var
Region04:04
NZZ: NATO müharibənin yeni reallığına gec uyğunlaşa bilər
Digər ölkələr03:39
Bəqai Hörmüz boğazı ilə bağlı mövqeyinə görə Almaniyanı tənqid edib
Region03:14
Əhməd Əl Şaraa Fransanın dəstəyinə ümid edir
Digər ölkələr02:49