Füzulidəki avtomobil qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB

Hadisə
  • 16 oktyabr, 2025
  • 16:13
Füzulidəki avtomobil qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB

Füzuli rayonu ərazisində baş verən avtomobil qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə TƏBİB-dən "Report"un Qarabağ bürosunun sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, oktyabrın 16-da saat 11:30 radələrində Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 kişi Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Füzuli rayonunda baş verən avtomobil qəzasında dörd nəfər xəsarət alıb.

"Report"un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, hadisə rayonun Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb.

"Mercedes" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Mercedes"də olan Beyləqan rayon sakinləri - 1990-cı il təvəllüdlü Nəcəfov İlqar İbadət oğlu, 1993-cü il təvəllüdlü Nəcəfli Surət Mayılxan oğlu, 1999-cu il təvəllüdlü Cəfərov Şamil Kamil oğlu və 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti