ABŞ-də atışma zamanı üç nəfər həlak olub

Digər ölkələr
  • 02 avqust, 2026
  • 05:35
ABŞ-də atışma zamanı üç nəfər həlak olub

ABŞ-nin Aydaho ştatının Tvin-Fols şəhərində atışma nəticəsində üç nəfər həlak olub, iki nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "NBC News" telekanalı yerli rəsmilərə istinadən məlumat yayıb.

İnsident yerli vaxtla saat 15:00 radələrində (Bakı vaxtı ilə 01:00-da - red.) "In-N-Out Burger" fastfud restoranının yaxınlığında baş verib.

Hakimiyyət orqanlarının məlumatına görə, atəş açan cinayətkarın ölənlər arasında olub-olmadığı hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.