Azərbaycan sərhədini pozmağa cəhd göstərən Mərakeş və Pakistan vətəndaşları saxlanılıblar

Hadisə
  • 23 oktyabr, 2025
  • 10:56
Azərbaycan sərhədini pozmağa cəhd göstərən Mərakeş və Pakistan vətəndaşları saxlanılıblar

Mərakeş və Pakistan vətəndaşları Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərib.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, Mərakeşin iki vətəndaşı - Mohammed Fassih və Ousama Ben Moulay Azərbaycandan Rusiyaya keçməyə cəhd göstərib.

Bundan başqa, Pakistanın üç vətəndaşı - Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Normanın da Azərbaycan sərhədini Gürcüstan istiqamətində pozmaq niyyətinin qarşısı alınıb.

Onlar sərhədçilərin keçirdikləri əməliyyat tədbirləri ilə saxlanılıb.

Faktlarla bağlı əməliyyаt-istintaq tədbirləri aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti