Deputatı yolda saxlayan polislə bağlı tədbir görüləcək
Hadisə
- 08 sentyabr, 2020
- 12:07
“Dünən yol polisi ilə yaşanan arzuolunmaz məsələ barədə yazmışdım. Bu gün Dövlət Yol Polisi İdarəsindən zəng oldu və xeyli müzakirə apardıq. Mövqeyimi bildirdim ki, söhbət məndən getmir, deputat da vətəndaş kimi bütün qanunlar qarşısında bərabərdir. Heç kim qanundan yox, qanun hər kəsdən üstündür. Məsələni ictimailəşdirməklə mövcud problemlərin həllinə diqqət çəkdik”.
“Report” xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev "Facebook" səhifəsindəki paylaşımında bildirib.
“Qaldırdığım məsələlərlə bağlı problemlərin araşdırılacağını dedilər və məlum polis nəfəri ilə bağlı da müvafiq tədbirlərin görüləcəyini vurğuladılar. Araşdırma gedir”, - partiya sədri qeyd edib.
Son xəbərlər
22:31
Foto
Drumeva: IV Şuşa Qlobal Media Forumunun mövzusu çox vacibdir
Media22:26
Kəlbəcərdə uşaq çaya düşüb
Hadisə22:16
Uolts ABŞ ilə İran arasında nüvə danışıqlarının aparıldığını təsdiqləyib
Digər ölkələr22:00
Foto
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağ küçəsi ilə tanış olublar
Media21:52
ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində azı bir nəfər ölüb - YENİLƏNİB
Region21:35
İsraildə parlament seçkilərinin tarixi açıqlanıb
Digər ölkələr21:10
Foto
Azərbaycanın çimərlik voleybolçuları bürünc medal qazanıblar
Komanda21:04
İndoneziyada yük maşını ilə pikapın toqquşması nəticəsində 11 nəfər ölüb
Digər ölkələr20:59