Dağlıq ərazidə narkotik tərkibli bitkilər yetişdirən həmkəndlilər saxlanılıb
Hadisə
- 07 sentyabr, 2021
- 06:32

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Züngüləş kənd sakinləri C.Əhədov və E.Eyvazov saxlanılıblar.
Onların Astara rayonunun Züngüləş kəndində dağlıq-meşəlik ərazidə kultivasiya yolu ilə becərdikləri yaş halda çəkisi 55 kiloqram olan 36 ədəd narkotik xassəli çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
22:23
A Seriyası klubu "Milan"ın yarımmüdafiəçisini icarəyə götürüb
Futbol22:16
Türkiyənin üç vilayətində meşə yanır
Region21:57
Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb
Hadisə21:46
"İmişli" klubunun rəhbərliyi və futbolçuları azarkeşlərlə görüşəcək
Futbol21:43
Slovakiyanın Baş naziri Zelenski ilə görüşəcək
Digər ölkələr21:39
Səfir: Pakistan-Azərbaycan qardaşlığı arasında heç nə ola bilməz
Xarici siyasət21:25
Kobaxidze: QHT-lər dövlət əleyhinə fəaliyyət göstəriblər, hər kəs istintaqla əməkdaşlıq etməlidir
Region21:17
Kaya Kallas İranı AEBA ilə tam əməkdaşlığa çağırır
Digər ölkələr21:05