Biləsuvarda yol qəzasında motosikletçi ölüb
Hadisə
- 20 sentyabr, 2025
- 20:12
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə saat 18:00 radələrində Biləsuvar şəhərinin mərkəzindən keçən dolama yolda qeydə alınıb.
Belə ki, hərəkətdə olan motosiklet əvvəlcə "Mercedes" markalı avtomobillə toqquşub. Daha sonra "Ford" markalı yük avtomobilinə çırpılıb.
Hadisə nəticəsində motosikletin sürücüsü, Biləsuvar şəhər sakini, 1992-ci il təvəllüdlü Tamerlan Zakir oğlu Tağıyev müxtəlif bədən xəsarətləri alıb. O ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə olunması üçün morqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
21:46
"Neftçi" son yoxlama oyununda "Osiyek"ə uduzub
Futbol21:43
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı kampaniyaya başlayır
Digər ölkələr21:32
Milli Məclislə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Milli Məclis21:27
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib
Xarici siyasət21:17
Zelenski: "Freyja" Avropa üzərində etibarlı qalxanın daha sürətli və ucuz yaradılmasına imkan verəcək
Digər ölkələr20:51
Aİ ölkələrinin əksəriyyəti Qərb sahilindəki İsrail yaşayış məntəqələri ilə ticarətin qadağan olunmasını dəstəkləyib
Digər ölkələr20:27
Britaniya Aİ-nin Ukraynanı maliyyələşdirmə üzrə 90 milyard avroluq proqramına qoşulub
Digər ölkələr20:16
Foto
Kərim Vəliyev belaruslu həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib
Hərbi20:13