"Neftçi" son yoxlama oyununda "Osiyek"ə uduzub

Futbol
  • 13 iyul, 2026
  • 21:46
Neftçi son yoxlama oyununda Osiyekə uduzub

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" son yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv Xorvatiyanın "Osiyek" komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 0:1.

Xatırladaq ki, "ağ-qaralar" daha əvvəl Serbiya təmsilçisi "Partizan"a 0:1, Rumıniyanın "ÇFR Kluj" komandasına 1:2 hesabı ilə uduzub. Bakı təmsilçisi Serbiyanın "Radniçi NİŞ" kollektivini 3 cavabsız qolla üstələyib.