Baş Prokurorluğun idarə rəisi Avropa Prokurorlarının Məşvərətçi Şurasının iclasında iştirak edib

Hadisə
  • 20 oktyabr, 2025
  • 12:23
Baş Prokurorluğun idarə rəisi Avropa Prokurorlarının Məşvərətçi Şurasının iclasında iştirak edib

Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Səbuhi Alıyev Fransanın Strasburq şəhərində baş tutmuş Avropa Prokurorlarının Məşvərətçi Şurasının (CCPE) 20-ci Plenar iclasında iştirak edib.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, cinayət mühakimə sistemində prokurorluq orqanlarının mühüm rolu nəzərə alınaraq 2005-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin qərarı ilə təsis edilmiş Şura hər il prokurorluğun fəaliyyətinin müxtəlif istiqamətləri üzrə rəylər hazırlayaraq bu sahədə qabaqcıl standartların formalaşdırılmasına töhfə verir.

Avropa Şurasına üzv ölkələrin yüksək vəzifəli prokurorluq əməkdaşlarının qatıldığı cari ildəki iclas zamanı "Prokurorluq xidmətlərində müxtəliflik və inklüzivlik" mövzusunda rəy və digər tədqiqatlar müzakirə edilmiş, qurumun idarəetmə orqanlarına seçkilər keçirilib.

İrlandiya Respublikasının Dövlət Prokurorluq Xidmətinin təmsilçisi Raymond Briscoe növbəti bir il müddətinə Şuranın prezidenti seçilib.

Son xəbərlər

Bütün Xəbər Lenti