Bakıda evdən 16 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Hadisə
  • 05 sentyabr, 2025
  • 14:52
Bakıda evdən 16 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nərimanov rayonunda paytaxt sakini olan bir nəfərin evindən 16 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirilə cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı M.Muradova saxlanılıb.  

Araşdırmalar davam etdirilir.