Bakı-Qazax magistralında avtomobil qəzası olub, xəsarət alanlar var

Hadisə
  • 08 dekabr, 2025
  • 00:17
Bakı-Qazax magistralında avtomobil qəzası olub, xəsarət alanlar var

Yevlax rayonu ərazisində ağır yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb.

Qəza nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vüqar Şamilsoy, Goranboy rayon sakinləri, 2006-cı il təvəllüdlü Aytac Bayramova, 1985-ci il təvəllüdlü Amilə Gülmalıyeva və 1953-cü il təvəllüdlü Füruzə Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıblar, faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti