Bakı polisinə yeni rəis müavini təyin edildi
Hadisə
- 02 dekabr, 2020
- 06:57
Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinat olub.
“Report”un xəbərinə görə, polis polkovniki Vüqar Ələkbərov BŞBPİ rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsinə təyin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a açıqlamasında məlumatı təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Teymur Hacıyev tuturdu. Bir neçə gün əvvəl polis general-mayoru Teymur Hacıyev vəzifəsindən azad edilərək Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilmişdi.
Son xəbərlər
10:18
Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
Digər ölkələr10:18
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Energetika10:13
Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün "Böyük Dəbilqə" turnirində iştirak etməyib - YENİLƏNİB
Fərdi10:08
Türkiyə millisinin baş məşqçisi Montella: "Futbolçularıma dedim ki, başlarını dik tutsunlar"
Futbol10:07
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Digər ölkələr09:46
Azərbaycanda 5 ayda 200 min tondan çox karbamid istehsal olunub
Energetika09:44
Seneqal millisinin dünya çempionatında təşkilati və maliyyə problemləri üzə çıxıb
Futbol09:43
Foto
Video
Rektor Gəray Gəraybəyli 2025–2026-cı tədris ilinin yay imtahan sessiyasının gedişi ilə tanış olub
Elm və təhsil09:42