Azərbaycandan Gürcüstana yük daşıyan sürücü cərimələnib
Hadisə
- 01 fevral, 2021
- 12:20
Gürcüstanın “Qırmızı körpü” gömrük-keçid məntəqəsində Azərbaycandan daxil olan yük maşını saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Məlumata əsasən, şübhələr əsasında gömrükçülər Azərbaycan dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə ətraflı baxış keçiriblər və bəyan edilməmiş müxtəlif adda mallar aşkarlayıblar.
Gömrük nəzarətindən gizlədilən məhsulların ümumi dəyəri 11 085 lari (5 700 man) təşkil edib.
Yerli qanunvericiliyə əsasən, qanunsuz idxala görə sürücüyə qarşı malların dəyərinə bərabər məbləğdə cərimə sanksiyası tətbiq olunub.
Son xəbərlər
19:38
Yas mərasimində zəhərlənənlərin vəziyyəti açıqlanıb - YENİLƏNİB
Hadisə19:24
Nigeriyada silahlı hücum zamanı 10 nəfər həlak olub
Digər ölkələr18:45
Türkiyədə meşə yanğınları ilə mübarizə vasitələrinin sayı açıqlanıb
Region18:26
Müctəba Xamenei ABŞ və İsraili hədələyib
Region18:13
Ruslan Lunev növbəti dəfə qızıl medal qazanıb
Fərdi17:52
Foto
IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb
Media17:50
Almaniya Ukraynaya 50 min zərbə PUA-sının tədarükünü maliyyələşdirəcək
Digər ölkələr17:46
Samur-Abşeron kanalında yeniyetmə batıb
Hadisə17:44
Foto