Azərbaycan gömrükçüləri vətəndaşın corabından dərman aşkar ediblər
Hadisə
- 19 oktyabr, 2017
- 05:46
Bakı. 19 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Azərbaycandan Rusiyaya gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı, vətəndaşın corablarında 6 konvalyut (60 kapsul) "Tramadol 50 mq" və 1 konvalyut (7 həb) "Tramadol HCI 150 mq" markalı dərman preparatları aşkar olunub.
Xatırladaq ki, "Tramadol" 18 mart 2016-cı il tarixli müvafiq qanunla təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
04:47
Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə hava zərbələri endirilib
Digər ölkələr04:34
"Welt": Bundesver Litvada briqadanın komplektləşdirilməsində çətinlik çəkir
Digər ölkələr04:16
Deşam: Günah məndədir, birinci hissədə lazım olanı etmədim
Futbol04:07
CENTCOM İrandakı hədəflərə növbəti silsilə zərbələr endirir
Digər ölkələr04:03
Deşam Fransa millisinin baş məşqçisi postunu tərk edib
Futbol03:52
Tomas Tuxel: "Bərabərlik qolunu buraxmadığımız üçün bəxtimiz gətirdi"
Futbol03:17
Bukayo Saka Fransa - İngiltərə matçının ən yaxşı oyunçusu olub
Futbol03:03
Foto
DÇ-2026: İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub - YENİLƏNİB-11
Futbol02:59