Ağsuda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb
Hadisə
- 18 dekabr, 2025
- 10:10
Ağsu rayonunda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 34 yaşlı Kamran Abdullayev saxlanılıb.
O, saxta sənədlər hazırlayaraq vətəndaşların dövlət qurumlarında olan işlərini müsbət həll edəcəyinə dair yalan vədlər verib və bu kimi dələduzluq əməlləri ilə onların pulunu ələ keçirib.
K.Abdullayev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.
Həmin şəxsin analoji əməllərindən zərər görən şəxslər polis orqanlarına məlumat verə bilərlər.
Son xəbərlər
01:26
"Napoli" İtaliya Superkubokunun finalında
Futbol01:13
Tramp: Yaxın zamanda Rusiya-Ukrayna müharibəsini yekunlaşdırmaq şansı var
Digər ölkələr00:50
"Air Serbia" Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixini açıqlayıb
Turizm00:05
Xronika: Paşinyanın Qərbi Azərbaycanla bağlı təklif etdiyi "yol xəritəsi"nin hədəfi nədir?
Region23:51
Sərbəst buraxılan Danla Bilic jandarma təşəkkür edib
Region23:44
Foto
Fermerlər Brüsseldə Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
Digər ölkələr23:37
Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından yola salınacaq
Energetika23:20
Fransanın mədəniyyət nazirinin evində korrupsiya işi ilə bağlı axtarış aparılıb
Digər ölkələr23:05