Ağsuda qadını qətlə yetirən şəxslər saxlanılıb
Hadisə
- 27 mart, 2026
- 19:09
Ağsuda törədilən qətlin üstü açılıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, martın 23-də rayonun Muradlı kəndində əkin sahəsində üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb.
Meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər – 1977-ci il təvəllüdlü Ə.Sahabov və 1977-ci il təvəllüdlü S.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
20:59
Foto
"FIFA Series – 2026": Azərbaycan millisi Sent Lüsiya ilə oyunda beşinci qolu vurub - YENİLƏNİB-4
Futbol20:52
Məcid Musəvi: ABŞ və İsrailin bölgədəki sənaye müəssisələrinə hücum olacaq
Region20:26
Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Ekologiya20:16
Hava şəraiti ilə əlaqədar Bakının icra hakimiyyətləri gücləndirilmiş iş rejimində çalışır
İnfrastruktur20:08
ABŞ Ədliyyə Nazirliyi Maduroya qarşı işi genişləndirə bilər
Digər ölkələr19:36
Video
Binəqədi və Suraxanıda yaşayış evlərinin həyətlərini su basıb, 9 nəfər təxliyə edilib
Hadisə19:32
Putin: Bakı və Dərbənddəki teatrlar mədəniyyətlər arasında körpüdür
Region19:25
İran XİN: İsrailin hücumu nəticəsində Livanda altı iranlı diplomat öldürülüb
Region19:09