Ağdaş sakinində “patı” və tramadol aşkarlanıb
Hadisə
- 28 iyul, 2021
- 06:37
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Murad Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı həmin şəxsdən metamfetamin (“patı”) aşkarlanıb.Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin idarə etdiyi “Volkswagen” markalı avtomobilə də baxış keçirilib.
Nəqliyyat vasitəsindən güclü təsiredici xüsusiyyətə malik 50 ədəd tramadol həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Son xəbərlər
08:28
Yaponiyanın Müdafiə Nazirliyi: Avropa və Asiyanın təhlükəsizliyi qarşılıqlı əlaqəlidir
Digər ölkələr08:16
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:56
ABŞ beş xarici diplomatik nümayəndəliyi bağlamaq istəyir
Digər ölkələr07:37
"Telegram" messenceri "App Store"da bərpa olunub - YENİLƏNİB
Maraqlı07:35
UKMTO: Oman sahillərində yük gəmisinə mərmi dəyib
Digər ölkələr07:18
ATƏT sədri: Azərbaycana səfər daha geniş təmasların başlanğıcı olacaq
Xarici siyasət07:07
Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək
Energetika06:50
ABŞ Rusiya Müdafiə Nazirliyinin bölmələrinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr06:43