Abşeronda naməlum şəxslər ahıl qadını evində öldürmək istəyiblər
Hadisə
- 30 yanvar, 2021
- 04:40

Abşeronda naməlum şəxslər 67 yaşlı ahıl qadına ağır xəsarət yetiriblər.
"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Abşeron Gənclər Şəhərciyində 1954-cü il təvəllüdlü Əliyeva Maşxanım İsmayıl qızı yaşadığı evdə amansızlıqla döyülüb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı M.Əliyevaya çənə, burun və almacıq sümüklərinin sınıqları diaqnozları qoyulub.
M.Əliyevanın dediyinə görə, onu yaşadığı evdə tanımadığı qızla oğlan döyüb. Həmin şəxslər daha sonra qadını boğmağa çalışıblar.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Son xəbərlər
10:46
Zelenski İsveç Baş naziri ilə müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcək
Digər ölkələr10:43
Bakıda müasir din təhsili modelləri ilə bağlı beynəlxalq simpozium keçirilir
Din10:40
Azərbaycan, Gürcüstan və Qazaxıstan Orta Dəhliz daşımaları üçün vahid tarif tətbiq edəcək
Xarici siyasət10:39
Rektor: Din təhsili mənəvi dəyərlərə uyğun şəkildə qurulmalıdır
Din10:38
"Qəbələ"nin ispan futbolçusu: "Qarabağ" "Atletik"lə oyunda müsbət nəticə əldə edə bilər"
Futbol10:38
Foto
Qazaxıstan Azərbaycanın KOB evi modelinin tətbiqində maraqlıdır
Biznes10:37
Nikol Paşinyan: İlham Əliyevin qərarı çox pozitivdir
Region10:37
Əli Əsədov: Regionda açılacaq yeni marşrut Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək
Xarici siyasət10:37